Biz kimik?

Biz KOBmetrics olaraq, kiçik və orta bizneslərin məlumatlara əsaslanaraq daha ağıllı qərarlar verməsinə dəstək oluruq. Məqsədimiz iqtisadi məlumatları daha başa düşülən, əlçatan və praktik hala gətirməkdir. Platformamız vizual təhlillər vasitəsilə sahibkarlara trendləri izləmək, riskləri azaltmaq və fürsətləri vaxtında görmək imkanı yaradır. Platformamızla yanaşı, həm də bu sahədə konsultasiya xidmətləri təqdim edir, müəssisələrin ehtiyaclarını müəyyənləşdirir və onlara uyğun analitik təhlillər hazırlayırıq. Komandamız iqtisadiyyat və texnologiya sahəsində təcrübəlidir və inanırıq ki, məlumatlı qərar – güclü nəticə deməkdir.

Missiyamız

KOB-ların qərarvermə prosesində mürəkkəb və dağınıq statistik məlumatlara deyil, aydın, başa düşülən və istifadəyə hazır analitik siqnallara əsaslanmasına dəstək olmaq. Biz sahibkarlara məlumatı yük deyil, güc kimi təqdim edirik.

Məramımız

Azərbaycan və regionda fəaliyyət göstərən KOB-ların ən etibarlı məlumat dəstəkçisi olmaq, məlumatın gücünü hər bir sahibkara çatdırmaq və data əsaslı düşünmə tərzini gündəlik biznes proseslərinin ayrılmaz hissəsinə çevirmək.

white and black abstract painting
white and black abstract painting

Komandamızı tanıyın!

KOBmetrics komandası iqtisadiyyat, məlumat analitikası və texnologiya sahələrində təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Fərqli sahələrdən gəlmişik, amma bizi birləşdirən ortaq məqsəd var – sahibkarların məlumatı daha düzgün başa düşməsi və bu biliklə daha ağıllı qərarlar verməsinə dəstək olmaq. Biz data analitikasını yalnız rəqəmlərlə işləmək kimi deyil, real problemlərin həllinə yönəlmiş praktiki alət kimi görürük.

woman wearing black scoop-neck long-sleeved shirt
woman wearing black scoop-neck long-sleeved shirt
Esther Bryce

Founder / Interior designer

woman in black blazer with brown hair
woman in black blazer with brown hair
Lianne Wilson

Broker

man standing near white wall
man standing near white wall
Jaden Smith

Architect

woman smiling wearing denim jacket
woman smiling wearing denim jacket
Jessica Kim

Photographer