KOB-lar üçün Əsas İqtisadi Göstəricilər
Sahibkarlar üçün etibarlı və vizual iqtisadi təhlillər
Bu bölmə, ölkədəki və regional səviyyədəki iqtisadi vəziyyət, biznes mühiti və beynəlxalq ticarət imkanları haqqında KOB-lara aydın fikir verir. Buradakı göstəricilər sayəsində sahibkarlar bazar risklərini qiymətləndirə, strateji qərarlar verə və fəaliyyətlərini daha düzgün planlaya bilərlər.


Əsas maktoiqtisadi göstəricilər
ÜDM artımı, inflyasiya, işsizlik və qeyri-neft sektoru üzrə dinamika – ölkə iqtisadiyyatının ümumi istiqamətini göstərir. Bu göstəricilər iqtisadi sabitlik və inkişaf potensialı barədə siqnallar verir.


Regionlar üzrə iqtisadi göstəricilər
Hər iqtisadi rayon üzrə əsas statistik məlumatlar və dinamika. Sahibkarlar bu hissədə fəaliyyət göstərdikləri və ya genişlənməyi planlaşdırdıqları bölgə ilə bağlı trendləri izləyə bilərlər.


Sektorlar üzrə İqtisadi İnam Göstəriciləri
Sənaye, tikinti, xidmət və ticarət sahələrində işgüzar fəallıq səviyyəsini əks etdirir. Bu göstəricilər sahibkarların hansı sahələrdə gözləntilərinin daha müsbət olduğunu göstərir.


Beynəlxalq Ticarət Statistikası
İxrac və idxalın aylıq dinamikası, əsas ticarət tərəfdaşları, məhsul strukturu və ən çox ticarət olunan məhsullar. KOB-lar üçün xarici bazarlara çıxış imkanlarını dəyərləndirmək baxımından olduqca faydalıdır.